27 noyabr 2024. Çərşənbə

AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqlayıb


AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqlayıb
 AFFA-nın növbəti Hesabat Konfransının vaxtı, yeri və gündəliyi müəyyənləşib. 

Corner.az-ın  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas martın 4-də "Hilton" otelində keçiriləcək. Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Girişi dəvətnamə ilə olacaq Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir