- Xəbər news
- 22:34 14.11.2024
"Öyrənmək istəyirsənsə, hər zaman nədənsə başlamaq lazımdır. Burada isə bunun üçün əla mühit var".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in sabiq futbolçusu Maykl Essyen "inews.co.uk" saytına açıqlamasında Danimarkanın "Norşellan" klubundakı məşqçilik fəaliyyəti barədə danışarkən deyib.
Qanalı veteran yarımmüdafiəçi bildirib ki, hazırda köməkçisi olduğu baş məşqçi Flemminq Pedersen ona dəstək verir: "O, məni yaxşı tanıyır və öz təcrübələrini bölüşür. Hər bir məsələdə fikir bildirməyimi xahiş edir".
38 yaşlı mütəxəssisin sözlərinə görə, futbol oynadığı vaxtlarda məşqçi olmaq ağlına gəlməyib: "Heç vaxt belə bir şeyin baş verəcəyini düşünmürdüm. Amma indi gələcək nəslə verəcəyim çox şeyin olduğunu hiss edirəm. Buna görə məşqçi olmağı və bu yolu araşdırmağı qərara aldım".
Afrikalı ulduz hələlik İngiltərə Premyer Liqasında işləməyə hazır olmadığını vurğulayıb: "Əsas fikrim ən yaxşı baş məşqçi olmaqdır. Ona görə də bütün diqqətimi "Norşellan"dakı işimə yönəltmişəm. Hansı rolun mənim üçün ən yaxşı və doğru olduğunu zaman göstərəcək".
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin yayınadək "Səbail"də çıxış edib. O, karyerası ərzində İngiltərədə "Çelsi", İspaniyada "Real Madrid" və İtaliyada "Milan" kimi komandaların formasını geyinib.(report)