- Xəbər news
- 22:34 14.11.2024
"Liverpul"un futbolçusu Məhəmməd Salah xeyirxah addımı ilə gündəmə gəlib.
Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu evsiz şəxsi xuliqanların əlindən xilas edib.
Hadisə sentyabrın 28-də, misirli oyunçu komandasının "Arsenal"la Premyer Liqa matçına yollanarkən baş verib. Bir neçə nəfərin evsiz adamı təhqir etdiyini görən Salah insidentə biganə qala bilməyib.
Avtomobildən düşərək xuliqanları ərazidən qovan futbolçu zərərçəkmişə 100 funt-sterlinq pul verib.(report)