- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan ordusunun erməni işğalçılarının təxribatına cavab olaraq sentyabrın 27-də bütün cəbhə boyu başladığı əks-hücum əməliyyatı uğurla davam etməkdədir.
Ötən 12 gün ərzində düşmənin xeyli texnika, silah-sursat və canlı qüvvəsini məhv edən rəşadətli ordumuz Cəbrayıl şəhəri və rayonun 19 kəndini, Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini, keçmiş Ağdərə rayonunun Talış və Suqovuşan (Madagiz) kəndlərini işğaldan azad edib.
Azərbaycan üçün ölüm-dirim məsələsi olan bu Vətən müharibəsində ölkə idman ictimaiyyətinin nümayəndələri - idmançı və məşqçilər, hakim və jurnalistlər də fəal iştirak edir.
Corner.az xəbər verir ki, Sportinfo.az -ın redaktoru İlkin Fikrətoğlunun növbəti sujeti məhz bu mövzudadır.