2 fevral 2026. Bazar ertəsi

Neymar Messinin rekordunu qırdı


Neymar Messinin rekordunu qırdı

 PSJ-nin futbolçusu Neymar "Barselona"da çıxış edən Lionel Messinin rekordunu qırıb.

Corner.az məlumatına görə, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Neymar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib.

Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi (15 uğurluq driblinq) gerçəkləşdirib.

Qeyd edək ki, Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO