7 dekabr 2025. Bazar günü

Neymar Ronaldonu keçdi


Neymar Ronaldonu keçdi

Braziliya  DÇ-2022-nin seçmə mərhələsində Peru yığmasını  4:2 hesabı ilə məğlub edib.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu Neymar bu qarşılaşmada het-trik edib və millidəki qollarının sayını 64-ə çatdırıb. Braziliyalı futbolçu eyni zamanda əfsanəvi hücumçu Luis Nazario Ronaldonu qabaqlayıb. Sabiq forvardın aktivində 62 qol var idi.  Millinin ən çox fərqlənən futbolçusu isə Peledir - 77 qol.

Qeyd edək ki, eyni qrupda qərarlaşan Braziliya və Argentinanın 6 xalı var.  Peru isə 1 xalla sonuncu pillədədir.







Xəbər news