7 dekabr 2025. Bazar günü

Messi ilə evli cütlük kimiyik- Aquero


Messi ilə evli cütlük kimiyik- Aquero
Argentina millisinin və “Mançester Siti”nin futbolçusu Serxio Aquero yığmanın təlim-məşq toplanışları zamanı bir otaqda qaldığı Lionl Messi ilə keçirdiyi vaxlardan danışıb.
 
Corner.az xəbər verir ki, 32 yaşlı hücumçu “Barselona”nın kapitanının deyingən olduğunu söyləyib:
  
“Biz Messi ilə uzun illərin evli cütlüyü kimiyik. Leo dəhşətli dərəcədə deyingəndir. Mən həmişə televizora baxarkən yuxuya gedirəm. O isə səhər şikayət etməyə başlayır. Biz 19:30-da məşqdən  otelə qayıdırıq və 21:00-da şam yeməyinə getməliyik. Leo duşa gedir və çölə çıxmaq üçün hazırlaşır. Mən isə bu vaxt telefonla danışıram. Vaxt keçdikcə o, belə deyir: “21:00-da yeməyə gedəcəyik. 30 dəqiqə qaldı”. Mən isə telefonda söhbətə davam edirəm. Leo isə yenə danışır: “10 dəqiqə qaldı. Biz həmişə gecikirik”. Bundan sonra hazırlaşmağa başlayıram. O, gecikməyi sevmir”.(qol)





Xəbər news