- Xəbər news
- 22:34 14.11.2024
Peru millisinin müdafiəçisi Karlos Sambrano DÇ-2022 seçmə mərhələsi çərçivəsində Braziliya ilə keçirilən (2:4) matçdan danışıb.
Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu rəqib komandanın hücumçusu Neymara sərt sözlər ünvanlayıb:
“Möhtəşəm bir oyunçu, dünyanın ən yaxşılarından biri ola bilər. Ancaq Neymar mənim üçün əsl kloundur. Meydanda etdiyi hər şeyi bilərək edir. Əla oyunçudur, amma ən kiçik bir qayda pozuntusunu gözləyir. 4-5 dəfə cərimə meydançasına yıxıldı və penalti veriləcəyinə baxdı. Sonda hədəfinə iki dəfə çatdı, halbuki heç birində penalti yox idi. Hakimlər hər fürsətdə VAR-a müraciət edirdilər. Qayda pozuntusu olub-olmamaları onlar üçün də önəmli deyildi, komandanın adınımn Barziliya olması bəs edirdi”.
Qeyd edək ki, Argentina ilə eyni qrupda yer alan Braziliyanın 6, Perunun isə 1 xalı var