2 fevral 2026. Bazar ertəsi

Robinyo ilə müqavilə pozuldu


Robinyo ilə müqavilə pozuldu

"Santos" klubu futbolçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməsi üçün atılıb.

Onunla müqavilə oktyabrın 10-da imzalanıb. Lakin bundan dərhal sonra əvvəlcə azarkeşlər, daha sonra sponsorlar məhkəmə məsələsinə görə narazılıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, futbolçunun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.(report)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO