28 oktyabr 2024. Bazar ertəsi

Dadaşovun komandası yarımfinalda


Dadaşovun komandası yarımfinalda
ABŞ-ın USL çempionatında pley-off mərhələsinin 1/4  final qarşılaşmaları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü  Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “Reno”nun qonağı olub.
 
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib və “Finiks Rayzinq” daha dəqiq olaraq, yarımfinala yüksəlib – 5:4.
 
Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
 
Qeyd edək ki, “Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.





Xəbər news