28 oktyabr 2024. Bazar ertəsi

Messi və Ronaldo ən yaxşı hücumçu adına namizəd oldular


Messi və Ronaldo ən yaxşı hücumçu adına namizəd oldular

"France Football" bütün dövlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlamağa davam edir.

Corner.az-ın məlumatına görə, nəşrin rəsmi saytında bu dəfə dünyanın ən yaxşı sol cinah hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün oyunçularından yalnız "Yuventus"un və Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldonun adı daxil edilib.

Ən yaxşı sol cinah hücumçusu adına namizədlər: Oleq Bloxin (SSRI), Kriştiano Ronaldo (Portuqaliya), Draqan Caiç (Yuqoslaviya), Rayan Giqqz (Uels), Tyerri Anri (Fransa), Rivaldo (Braziliya), Roberto Rivelino (Braziliya), Ronaldinyo (Braziliya), Karl-Haynts Rummenigge (Almaniya), Xristo Stoiçkov (Bolqarıstan)

***

"France Football" bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlamağa davam edir.

Corner.az xəbər verir ki, nəşrin rəsmi saytında bu dəfə dünyanın ən yaxşı mərkəz hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün forvardlarından heç birinə yer verməyib.

Ən yaxşı mərkəz hücumçusu adına namizədlər: Dennis Berqkamp, Yohan Kruiff, Marko van Basten (hamısı Niderland), Kenni Dalqliş (Şotlandiya), Eysebio (Portuqaliya), Şandor Koçiş (Macarıstan), Herd Müller (Almaniya), Romario, Ronaldo (Braziliya), Corc Vea (Liberiya)







Xəbər news