28 oktyabr 2024. Bazar ertəsi

Həbib futbol tarixinin ən yaxşı 6 oyunçusunu seçdi


Həbib futbol tarixinin ən yaxşı 6 oyunçusunu seçdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçuların adını açıqlayıb.

Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Pelenin adını çəkməmək olmaz, eyni zamanda Maradona, Messi, Kriştiano Ronaldo, braziliyalı Ronaldo və Zidan. Bu cür oyunçular çoxdur. Ancaq mən bu altı futbolçunu seçərdim".

Qeyd edək ki, H.Nurməhəmmədov oktyabrın 24-də - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə  Castin Geyci ilə qarşılaşacaq.(qol)







Xəbər news