25 mart 2026. Çərşənbə

Millimizin və Qarabağ'ın ev oyunları neytral meydanda


Millimizin və Qarabağ'ın ev oyunları neytral meydanda

Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Corner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumaty yayıb. Qitə futbol qurumu Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar verib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı bildirilib.
 
AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub.

O da qeyd olunub ki, İcraiyyə Komitəsinin bugünkü qərarı Avro-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu







Xəbər news