Lippi karyerasını başa vurdu
İtaliya millisinin sabiq çalışdırıcısı Marçello Lippi məşqçilik karyerasını başa vurub. Corner.az İtaliya mətbuatına istinadən xəbər ki, bu barədə 72 yaşlı mütəxəssis açıqlamasında bildirib: “Məşqçiliyə qəti olaraq son qoymuşam. Ancaq futbolun içində digər vəzifələrdə çalışa bilərəm. Ancaq yaza qədər heç işləməyəcəm". Qeyd edək ki, Lippi 1982-ci ildə məşqçiliyə başlayıb. O, karyerası ərzində "Siena", "İnter", "Napoli" və digər İtaliya klublarında çalışıb. Lippi 2016-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. “Yuventus”la iki dəfə İtaliya çempionu olub və bir Çempionlar Liqasının baş mükafatını qazandırıb. İtaliyalı mütəxəssisin son iş yeri Çin millisi (2016-2019) olub.