- Xəbər news
- 22:34 14.11.2024
“Atletiko”nun futbolçusu Luis Suares xeyriyyə məqsədi ilə 1000 burger alıb.
Corner.az xəbər verir ki, bu barədə “McDonald`s” şirkətinin Tvitter səhifəsi məlumat yayıb.
33 yaşlı hücumçu qida şirkətinin Uruqvayda keçirdiyi təqdimat çərçivəsində 4.75 avro qiyməti olan 1000 burger alıb. Bu satışdan gələn gəlir uşaqlar evinə bağışlanılıb.
Oyunçu isə aldığı bütün burgerləri Pando şəhərinin gənclər liqasında olan uşaqlara gödərib.
Qeyd edək ki, L.Suares ötən ay “Barselona”dan “Atletiko”ya keçib.