27 mart 2026. Cümə

Antalyadan qayıdan 4 klubumuz problemlə üzləşdi


Antalyadan qayıdan 4 klubumuz problemlə üzləşdi
Antalyadakı təlim-məşq toplanışını başa vurub bu gün eyni təyyarə ilə Bakıya qayıdan 4 klubumuz problemlə üzləşib.

Corner.az-ın məlumatına görə, “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib. Hətta “Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.

Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü  reyslə gətirilməyib.

Qeyd  edək ki, klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara  bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.(qol.az)





Xəbər news