28 oktyabr 2024. Bazar ertəsi

Messi və Ronaldo dünyanın ən yaxşı futbolçularıdı


Messi və Ronaldo dünyanın ən yaxşı futbolçularıdı

 Dieqo Maradona  "Barselona"nın hücumçusu Lionel Messi və  "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu dünyanın ən yaxşı futbolçuları hesab edib.

Corner.az xəbər verir ki, hazırda ölkəsində "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi olan əfsanəvi oyunçu "France Football"a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub.







Xəbər news