29 noyabr 2024. Cümə

Azərbaycanla oyun vacibdir


Azərbaycanla oyun vacibdir

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan danışıb.

Corner.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Sloveniya Futbol Federasiyasının saytına açıqlamasında  millimizlə matçın vacib olduğunu deyib:

"Qarşıda 3 oyunumuz oluğuna görə geniş heyətə ehtiyacımız var.Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrda keçirəcəyimiz  matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir. Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem baş verir".

Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu 11 noyabrda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir