27 oktyabr 2024. Bazar günü

PSJ-nin futbolçuları liftdə qaldı


PSJ-nin futbolçuları liftdə qaldı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün “Leyptsiq”in qonağı olacaq PSJ-nin futbolçuları Almaniyada liftdə qalıblar.
 
Corner.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin müdafiəçisi Leven Kurzava “İnstagram” hesabında paylaşım edib.
 
28 yaşlı futbolçu bir neçə komanda yoldaşı ilə bərabər liftdə qaldıqlarını bildirib. Almaniyadakı oteldə baş verən hadisə zamanı oyunçular bir saatdan çox orda gözləməli olublar. Onların liftdən çıxarılması üçün xilasedicilər köməyə gəliblər.
 
Qeyd edək ki, “Leyptsiq” – PSJ oyunu bu gün, saat 00:00-da başlayacaq.






Xəbər news