27 oktyabr 2024. Bazar günü

Tottenhem'in bazasında Beyl üçün qolf meydançası


Tottenhem'in bazasında Beyl üçün qolf meydançası

"Tottenhem" futbolçusu Qaret Beyl üçün bazasında kiçik bir qol meydançası yaradıb.

Corner.az Briyaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin müdafiəçisi Serxio Reqilon məlumat verib:

"Düşünürəm ki, Beyl İngiltərədə xoşbəxtdir. Məni ən çox təəccübləndirən "Tottenhem"in məşq bazasında kiçik bir qolf meydançasının olmasıdır. Bu barədə klub işçilərindən soruşdum. Hər şeyi xüsusi olaraq Qarey üçün etdiklərini söylədilər. Buna inana bilmədim".

Qeyd edək ki, Beyl yay transfer pəncərəsində "Tottenhem"ə qayıdıb. Onun qolf oynamağa böyük marağı var.(qol)







Xəbər news