27 mart 2026. Cümə

Dam örtüyünə görə xaricdən mütəxəssislər gətirildi


Dam örtüyünə görə xaricdən mütəxəssislər gətirildi

Bakıda bir neçə gün əvvəl güclü külək nəticəsində Tofiq Bəhramov adına Respublika Stadionunun sektorlarından birinin uçmuş dam örtüyü bərpa olunur.

Corner.az xəbər verir ki, bu barədə Trend-ə stadionun direktoru Şamil Quliyev bildirib. Onun sözlərinə görə, örtüyün bərpası üçün xaricdən mütəxəssislər də çağırılıb:

“Örtük bərk parça materialdan olduğuna görə güclü külək onu dirəklərdən qopararaq uçurmuşdu. Örtüyün yenidən bərpası mürəkkəb iş olduğu üçün koreyalı mütəxəssislər dəvət olundu. Çünki vaxtilə tikinti işlərini də onlar həyata keçirmişdilər. Mütəxəssislər stadiona gələrək hər şeyi analiz edib bərpa işlərinin necə aparılacağını göstərdilər".

Ş.Quliyev hazırda yerli mütəxəssislər tərəfindən bərpa işlərinin aparıldığını deyib.(qol.az)









Xəbər news