- Xəbər news
- 21:58 14.03.2026
Fransa Liqa 2-də çıxış edən "Soşo"nun futbolçusu Usseyn Tuin 4 oyunluq cəzalandırılıb.
Corner.az-ın məlumatına görə, bu səbəb 27 yaşlı yarımmüdafiəçinin "Valansyen"lə matçdan sonra rəqib komandanın qapıçısı Jerom Priorun sifətini dişləməsidir.
Tuin qarşılaşmadan sonra rəqibini dişləmədiyini və qolkiperin ona qarşı irqçi ifadələr işlətdiyini bildirib.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.