5 dekabr 2025. Cümə

Ramil Şeydayev Türkiyəyə gedir


Ramil Şeydayev Türkiyəyə gedir

Millimizin futbolçusu Ramil Şeydayevin  çıxış etdiyi "Krılya Sovetov" təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə gedəcək.

Corner.az xəbər verir ki , komanda yanvarın 30-u Antalyanın Bələk bölgəsinə yola düşəcək. Rusiya Premyer Liqası təmsilçisi burada fevralın 12-nə qədər 4 yoxlama oyunu keçirəcək. “Krılya Sovetov” Bolqarıstanın “Botev”, Serbiyanın “Partizan”, Latviyanın “Spartak” və Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, R.Şeydayev komandasının Dubaydakı ilk təlim-məşq toplanışı zamanı oynadığı hər iki hazırlıq matçında meydana çıxıb. (qol.az)







Xəbər news