27 oktyabr 2024. Bazar günü

Almaniya və İtaliyadan qələbə, Fransa uduzdu


Almaniya və İtaliyadan qələbə, Fransa uduzdu
Bu gün milli komandaların iştirakı ilə bir neçə yoldaşlıq oyunu keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan millisinin Sloveniya ilə qolsuz heç-heçəyə razılaşdığı gündə UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərimizdən Kipr səfərdə Yunanıstana, Lüksemburq evdə Avstriyaya məğlub olub. Monteneqro isə heç-heçəyə razılaşıb.
 
Qardaş Türkiyə yığması son dünya çempionatının vitse-çempionu Xorvatiya ilə məhsuldar heç-heçəyə razılaşıb.
 
Günün ən maraqlı matçında Niderlandla İspaniya qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. Almaniya Çexiyaya, Belçika İsveçrəyə, Polşa Ukraynaya, İtaliya Estoniyaya, Portuqaliya isə Andorraya qalib gəlib. Ən gözlənilməz nəticələrdən biri isə Fransanın Finlandiya ilə oyundan məğlub ayrılması olub.
 
Yoldaşlıq oyunları
11 noyabr
 
Yunanıstan - Kipr 2:1
Qol: Tsolis, 8. Yakumakis, 17 – Elia, 58.
 
Albaniya - Kosovo 2:1
Qol: Balaj, 31. Uzuni, 65 - Muriqi, 85-pen.
 
Litva – Farer adaları 2:1
Qol: Sirqedas, 42. Kazlauskas, 45+1 - Vatnhamar, 90+2.
 
Malta - Lixtenşteyn 3:0
Qol: Mifsud, 5. Borq, 20. Farrucia, 84-pen.
 
Monteneqro - Qazaxıstan 0:0
 
Rumıniya - Belarus 5:3
Qol: Mitrea, 11. Marin, 20-pen. Nedelkaru, 31; 55. Puşkas, 44 - Kendiş, 63. Baxar, 90. Klimoviç, 90+2.
 
San Marino - Latviya 0:3
Qol: Brolli, 32-öz qapısına. Dubra, 71. Qutkovskis, 78-pen.
 
Bolqarıstan – Cəbəllütariq 3:0
Qol: Tsvetkov, 5. Yomov, 14. İlyev, 45.
 
Türkiyə - Xorvatiya 3:3
Qol: C.Tosun, 23-pen. D.Türüç, 41. C.Ünder, 58. - Budimir, 32. Paşaliç, 53. Brekalo, 56.
 
Danimarka - İsveç 2:0
Qol: Vind, 61. Bah, 75.
 
Lüksemburq - Avstriya 0:3
Qol: Trauner, 62. Qrbiç, 83. Vayzinger, 90+4.
 
Belçika – İsveçrə 2:1
Qol: Batşuayi, 49; 71. - Mehmedi, 13.
 
Almaniya - Çexiya 1:0
Qol: Valdşmidt, 13.
 
İtaliya - Estoniya 4:0
Qol: Qrifo, 14; 75-pen. Bernardeski, 27. Orsolini, 86.
 
Niderland - İspaniya 1:1
Qol: Van de Beek, 47 - Kanales, 19.
 
Polşa - Ukrayna 2:0
Qol: Pyontek, 40. Moder, 63.
 
Portuqaliya - Andorra 7:0
Qol: Neto, 8. Paulinyo, 29; 61. Sançes, 56. Qarsia, 76-öz qapısına. Ronaldo, 85. J.Feliks, 88.
 
Sloveniya – Azərbaycan 0:0
 
Fransa - Finlandiya 0:2
Qol: Forss, 28. Valakari, 31.






Xəbər news