- Xəbər news
- 22:34 14.11.2024
Almaniya millisinin və "Real"ın futbolçusu Toni Kroos UEFA və FİFA-nı turnirlərin sayını artırdığı üçün tənqid edib.
Corner.az "Bild"ə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
"Biz FİFA və UEFA-nın kuklalarıyıq. Millətlər Liqası və Dünya Kubokundakı ölkələrin sayının artırılması yalnız iqtisadi amillərlə söykənir. Oyunçular Birliyi olsaydı, nə Millətlər Liqasında oynayar, nə də İspaniya Super Kuboku matçı üçün Səudiyyə Ərəbistanında olardıq".(qol)