27 oktyabr 2024. Bazar günü

Kasilyas ən yaxşı qapıçıların adlarını açıqladı


Kasilyas ən yaxşı qapıçıların adlarını açıqladı

İspaniya yığmasının və “Real”ın sabiq qapıçısı İker Kasilyas ən yaxşı qolkiperlərin adlarını açıqlayıb.

Corner.az xəbər verir ki, 39 yaşlı keçmiş qolkiperin fərqləndirdiyi əlcək sahiblərinin hamısı İspaniya çempionatında çıxış edir.

Kasilyasın fikrincə, ən yaxşılar Mark-Andre Ter Ştegen (“Barselona”), Tibo Kurtua (“Real”, Madrid) və Yan Oblakdır (“Atletiko”).

“Ter Ştegen və Oblak klubları üçün eyni dərəcədə çox vacibdirlər. Kurtua “Real”da görünməsi gözlənilən qapıçı oldu. Bu 3 qapıçını siyahıda hər şeydən üstün tutardım” – deyə, Kasilyas bildirib.







Xəbər news