- Xəbər news
- 22:34 14.11.2024
“Bəzən qumarxanalar adamda asılılıq yaradır. Hər zaman hiss edirdim ki, mən də bu vəziyyətə düşmüşəm. Amma bir gecə mənim üçün dönüş nöqtəsi oldu. Düşündüm ki, daim kazinolara getmək istədiyim həyat tərzi deyil”.
Corner.az xəbər verir ki, bunu “Arsenal”ın sabiq hücumçusu Niklas Bendtner deyib.
32 yaşlı danimarkalı futbolçu bir gecədə uduzduğu ən böyük məbləği də açıqlayıb: “Əmsallar nə qədər yüksəkdirsə, adrenalin tələsi o qədər yüksək olur. Bir dəfə London qumarxanalarının birində 445 min avro uduzdum. Amma üzləşdiyim uğursuzluqla barışmaq fikrində deyildim. Üzümə su vurdum. Sərxoş kimi idim. Bütün pulunu itirən, istedadından istifadə etməyən insan olmaq istəmirdim. İtirdiklərimi qaytarmaq istəyirdim, amma sonda daha 22 min avro itirdim”.