- Xəbər news
- 22:34 14.11.2024
Albaniyalı model Eryona Süleymani Portuqaliya yığmasının və “Yuventus”un futbolçusu Kristiano Ronaldoya bəslədiyi münasibət haqda danışıb.
Corner.az xəbər verir ki, o, 35 yaşlı hücumçudan gələcək təklifi dərhal qəbul etməyə hazır olduğunu bildirib:
“Ronaldonun dəvətindən imtina edə bilməzdim. O, mənim üçün dünyanın ən cəlbedici futbolçusudur. Əgər təsadüfən mənim nömrəmi yığsa, dayana bilmərəm”.
Qeyd edək ki, Eryona Süleymani İsveçrə yığmasının, eləcə də “Torino”, “Napoli” və “Qalatasaray” klublarında çıxış etmiş Blerim Cemailinin keçmiş həyat yoldaşıdır. Onlar 2017-də boşanıblar. Cütlüyün Luan adlı bir oğlu var.