3 fevral 2026. Çərşənbə axşamı

Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı


Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı

"Boka Xuniors"un futbolçusu Karlos Teves Argentina çempionatında rekord müəyyənləşdirib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu "Talyeres"lə görüşün 3-cü saniyəsində rəqib oyunçunun ayağına zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

Argentinalı futbolçu ölkə çempionatı tarixinə ən tez xəbərdarlıq alan oyunçu kimi düşüb.

Qarşılaşma "Boka Xuniors"un 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın 2 oyunçusu qırmızı vərəqə görərək meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, Teves bu mövsüm oynadığı 24 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO