27 oktyabr 2024. Bazar günü

Məşhur futbolçu karyerasını bərpa edir


Məşhur futbolçu karyerasını bərpa edir

Kamerun millisinin sabiq futbolçusu Samuel Eto'o karyerasını bərpa edə bilər.

Corner.az xəbər verir ki, 39 yaşlı sabiq futbolçu Mursiya klubunda çıxış edə bilər.Bu barədə klubun prezidenti Morris Panyello "Marca" nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, veteran hücumçu ilə müqavilə bağlamaq şansları 50/50-yədir: "Bunu gələn həftə daha dəqiq bilmək olacaq. Eto'o klubumuzun üzvü olsa, daim oynayacaq. Baş məşqçinin tapşırığı odur ki, onu komandaya cəlb edək. Meksikadan və Birləşmiş Ərəb Əmirliklərindən bizə dəstək verə biləcək investorlar var".

Qeyd edək ki, peşəkar karyerasını 2019-cu ildə başa vuran Samuel Eto'o "Real Madrid", "Malyorka" və "Barselona",  "İnter", "Sampdoriya", "Çelsi", "Everton", "Anji", "Antalyaspor" və "Konyaspor" kimi komandaların formasını geyinib.







Xəbər news