27 oktyabr 2024. Bazar günü

Klublararası dünya çempionatı təxirə salındı


Klublararası dünya çempionatı təxirə salındı
Klublararası dünya çempionatı nəzərdə tutulduğu kimi bu ilin dekabrında baş tutmayacaq.
 
Corner.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Yarışın fervalın 1-dən 11-dək keçirilməsi planlaşdırılır. Turnirə Qətər ev sahibliyi edəcək. Təşkilatçı ölkə iştirakçılar üçün sağlamlıq və təhlükəsizlik təminatı verib.
 
Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir. 






Xəbər news