27 oktyabr 2024. Bazar günü

Salah toya getdiyi üçün tənqid olundu


Salah toya getdiyi üçün tənqid olundu

 Koronavirusa yoluxan Misir yığmasının kapitanı Məhəmməd Salah qardaşının toyunda iştirak etdiyi üçün tənqid olunub.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Misir millisinin əfsanəvi hücumçusu Mido 28 yaşlı oyunçunun hərəkətini məsuliyyətsizlik adlandırıb.

Veteran futbolçu Afrika Millətlər Liqasının Toqo ilə matçlarından əvvəl karantinə alınan Salahın toy məraismində iştirakını qınayıb: "Sizə orada nə baş verdiyini deyim. 300-400 insan futbolçu ilə şəkil çəkdirib və onu öpüb. Millini düşünən oyunçu bunu etməməlidir. Salahın yığmanın düşərgəsinə gəlmədən toya getməsi utancvericidir. Gəminin kapitanı belə edirsə, o gəmi batar".

Qeyd edək ki, Misir millisi Məhəmməd Salahın iştirak etmədiyi hər iki oyunda Toqonu məğlub edib.







Xəbər news