- Xəbər news
- 21:58 14.03.2026
"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".
Corner.az xəbər verir ki, bunu sözləri "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib.
Albaniyalı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. "Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".
Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.