25 mart 2026. Çərşənbə

Messi yığmada rekorda imza atdı


Messi yığmada rekorda imza atdı
Argentina millisinin kapitanı Lionel Messi daha bir rekorda imza atıb.
 
Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmanın heyətində ən çox qələbə qazanan futbolçu adına sahib olub.
 
O, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə 4-cü turunda səfərdə Perunu məğlub etdikləri görüşdə (2:0) rekorda nail olub.
 
Bu, Messinin 142 görüşdə 85-ci qələbəsidir. O, 147 qarşılaşmada 84 dəfə qələbəyə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib.
 
Millinin keçmiş kapitanı Xavyer Zanetti (142 oyunda 80 qələbə) bu göstəricidə 3-cüdür.






Xəbər news