25 mart 2026. Çərşənbə

Azərbaycan əsgəri Azıx mağarasında


Azərbaycan əsgəri Azıx mağarasında

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

Corner.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını vurğulayıb.

Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Bu kənd Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal edilmişdi.

Qeyd edək ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.







Xəbər news