7 dekabr 2025. Bazar günü

Qarabağ'ın sabiq futbolçusu tarixə düşdü


Qarabağ'ın sabiq futbolçusu tarixə düşdü

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu rekorda imza atıb.

Corner.az "Kickoff" nəşrinə istinadən xəbər verir ki, Çin klubu "Çjetszyan Qrintaun"da çıxış edən 30 yaşlı hücumçu klubun tarixinə düşüb.

Cənubi afrikalı futbolçu klubun ən çox qol vuran oyunçusu ünvanını ələ keçirib. Ndlovu Superliqaya vəsiqə uğrunda ilk pley-off matçında "Uhan Çjoer"i məyus edib. Təcrübəli forvard 90+9-cu dəqiqədə penaltini dəqiq vurub.

Çində olduğu müddətdə 65 oyuna 42 qol vuran hücumçu 88 qarşılaşmada 41 dəfə fərqlənən braziliyalı forvard Anselmo Ramonun rekordunu qırıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu noyabrın 22-də olacaq.







Xəbər news