29 noyabr 2024. Cümə

Vilyarreal'ın futbolçusu pasportunu sosial şəbəkə vasitəsilə tapdı


Vilyarreal'ın futbolçusu pasportunu sosial şəbəkə vasitəsilə tapdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Pervis Estupinyan pasportunu tapıb.

Corner.az-ın məlumatına görə, bu barədə millinin oyunu üçün ölkəsinə yollanan  22 yaşlı müdafiəçi Tvitter səhifəsində yazıb. Ekvadorlu oyunçunun sözlərinə görə, bu işdə ona azarkeşlər kömək ediblər.

Estupinyan daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ölkəsindən İspaniyaya qayıda bilməsi üçün lazımi sənədin tapılmasında yardım istəyib. O, paylaşımın altında əlaqə nömrəsi qoyub.

Bu gün isə pasportu tapan azarkeşlərlə şəklini paylaşan futbolçu onlara təşəkkür edib.

Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsinin son oyununda evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinyan görüşdə sonuncu qolun müəllifi olub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir