- Xəbər news
- 22:34 14.11.2024
Norveç millisinin və "Borussiya Dortmund"un hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb.
Corner.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.
Xatırladaq ki, namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.
Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.