7 dekabr 2025. Bazar günü

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı sancıldı - FOTO


Ağdamın Şelli kəndində Azərbaycan bayrağı sancıldı - FOTO

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə Corner.az AZƏRTAC-a istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.











Xəbər news