- Xəbər news
- 22:34 14.11.2024
"Qarabağ" klubunun kolimbiyalı futbolçusu Kevin Medinanın "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Çempionatdakı son oyunlarınızda "Neftçi"ni 6:0, "Sumqayıt" və "Keşlə"ni isə 6:1 hesabı ilə məğlub etdiniz. Rəqibləriniz bu qədər zəifdir?
- Mən elə düşünmürəm. Premyer Liqada zəif rəqib yoxdur. Biz komanda olaraq, yaxşı formadayıq. Növbəti matçlarda da bu çıxışımızı davam etdirmək istəyirik.
- Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədən ibarətdir?
- Yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Hazırda bu matça köklənməliyik. Qarşımızda bizim kimi motivasiyalı rəqib olacaq. Nəticə qazanmaq üçün çalışacağıq.
- Heyətinizdə zədəli və koronavirusa yoluxmuş futbolçular var. Bu, sizə Türkiyə təmsilçisi ilə görüşdə necə təsir edəcək?
- Yaxşı oyunçularımız və heyətimiz var. Həmin futbolçuların yerini doldura bilərik. Biz bir ailəyik. Bunu necə edəcəyimizi matçdan sonra dəyərləndirə bilərik.
- Qrupdakı ilk 3 matçda xal qazana bilməmisiniz. Bunun əsas səbəbi nədir?
- Əslində çox amillər var. Hansısa birini qabartmaq çətindir. Bütün səhvlərimizi analiz etmişik. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq.
- Azərbaycanın cəhbədə qazandığı qələbə barədə nə deyə bilərsiniz?
- Bütün xalqınızı, sizi təbrik edirəm. Hazırda Azərbaycan xalqının xoşbəxtliyi - mənim də xoşbəxtliyimdir.