FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.
Corner.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı baş məşqçi adına “Lids”in çalışdırıcısı Marselo Byelsa, “Bavariya”nın baş məşqçisi Hansi Flik, “Liverpul”un baş məşqçisi Yurgen Klopp, “Sevilya”nı çalışdıran Xulen Lopeteqi və “Real”ın baş məşqçisi Zinəddin Zidan namizəd göstərilib.
Ən yaxşı baş məşqçilərin mükafatlandırma mərasimi dekabrın 17-də keçiriləcək. Tədbir koronavirus pandemiyası ilə bağlı olaraq onlayn formatda keçiriləcək.