FİFA 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“The best” mükafatı üçün 11 namizəd var:
Tyaqo Alkantara (“Liverpul”, İspaniya”), Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), Sadio Mane (“Liverpul”, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona, Argentina), Neymar (PSJ, Braziliya), Serxio Ramos (“Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, Misir), Vircil van Deyk (“Liverpul”, Niderland).
Mükafatlandırma mərasimi dekabrın 17-də, onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək. Dekabrın 11-də isə FIFA 3 finalçının adlarını açıqlayacaq.