8 may 2026. Cümə

Meydana daxil olan it futbolçunu yıxdı - VİDEO


Meydana daxil olan it futbolçunu yıxdı - VİDEO

Braziliyada qadınlardan ibarət "İnternasional" və "Brazil de Farropilya" klubları arasındakı matçda maraqlı hadisə baş verib.

Corner.az xəbər verir ki, ikinci hissənin əvvəlində meydana it daxil olduğu üçün görüş bir neçə dəqiqəlik dayanıb.

İt əvvəlcə topu oyunçulardan almağa çalışıb, daha sonra isə meydanda gəzməyə başlayıb. Buna baxmayaraq, futbolçular matçı davam etdiriblər. İt futbolçulardan birinin yıxılmasına səbəb olub. O, qısa müddət yerdə qalsa da, qarşılaşmaya davam edib.

İt daha sonra meydandan çıxarılıb.

Qeyd edək ki, qarşılaşma "İnternasional"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.(report)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı