27 oktyabr 2024. Bazar günü

Golden Foot mükafatının sahibi bilindi - FOTO


Golden Foot mükafatının sahibi bilindi - FOTO
“Golden Foot” mükafatının sahibi bəlli olub.
 
Corner.az xəbər verir ki, 2003-cü ildə təsis olunan bu mükafata Kristiano Ronaldo layiq görülüb.
 
Portuqaliya milisinin və “Yuventus”un hücumçusu yaşı 29-dan çox olan futbolçular arasında ən yaxşı seçilib. O, azarkeşlər arasında keçirilmiş səsvermədə Lionel Messi (Barselona), Robert Levandovski (Bavariya), Corco Kyellini (Yuventus), Neymar (PSJ), Serxio Aquero (Mançester Siti), Jerar Pike (Barselona), Məhəmməd Salah (Liverpul), Serxio Ramos (Real) və Artur Vidalı (İnter) arxada qoyub.
 
Qeyd edək ki, futbolun inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunan “Golden Foot” mükafatına hər futbolçu yalnız bir dəfə sahib ola bilər.









Xəbər news