27 oktyabr 2024. Bazar günü

Messi kimi birinin görünməsi 100 il çəkər - Levandovski


Messi kimi birinin görünməsi 100 il çəkər - Levandovski

“Messi əla oyunçudur, futbol tarixinin ən yaxşılarından biridir”.

Corner.az xəbər verir ki, bunu "Bavariya"nın hücumçusu Robert Levandovski deyib.

“Barselona”nın argentinalı ulduzu haqda danışan polşalı futbolçu bildirib ki, Messidən həmişə çox şey gözlənilir: “Bəlkə də Messinin qazandığını heç kim əldə edə bilməz. Onun kimi birinin görünməsi 100 il çəkə bilər. Lakin əvvəldən gördüyü işlər sayəsində Messi tarixin ən böyük futbolçularından biridir və olacaq”.

Xatırladaq ki, Messi keçən yay “Barcelona” ilə müqaviləni vaxtından əvvəl pozmağa çalışmışdı. Hücumçu komandadakı vəziyyətdən narazı olduğu üçün rəhbərliklə qarşıdurmaya getsə də, sonda hazırkı razılaşma bitənə qədər katalon təmsilçisində qalmağa razılaşdı.  

 







Xəbər news