25 mart 2026. Çərşənbə

Atletiko'nun sabiq futbolçusu karyerasını bitirdi


Atletiko'nun sabiq futbolçusu karyerasını bitirdi

Kolumbiya millisinin və “Atletiko”nun sabiq futbolçusu Cekson Martines karyerasını bitirib.

Corner.az xəbər verir ki, bu barədə  34 yaşlı hücumçu özünün "İnstaqram" hesabında yazıb. O, zədəsini sağalda bilmədiyi üçün belə addım atdığını bildirib:

“Peşəkar futbolçu kimi karyeramı bitirməyə qərar verdiyimi sizə demək istəyirəm. Bu, həm çətin, həm də ən ağıllı qərardır.

2015/16-cı illər mövsümündə ayaq biləyimi zədələdikdən sonra yenidən meydana qayıtmaq üçün çalışmağa başladım. 2 il sonra qayıtsam da, bu cür oynamaq mənim üçün çətin idi".

Qeyd edək ki, Martinesin son klubu  “Portimononse” (Portuqaliya) olub. O, zədə səbəbindən bu mövsüm oyuna çıxmayıb. Martines Portuqaliya təmsilçisində ötən mövsüm 24 matçda 1 qol vurub.







Xəbər news