29 noyabr 2024. Cümə

Çelsi'nin sabiq futbolçusu millimizin qrupunu dəyərləndirdi


Çelsi'nin sabiq futbolçusu millimizin qrupunu dəyərləndirdi

"Püşkatmada 2-ci səbətdən 3-cüyə geriləməklə işimizi kifayət qədər çətinləşdirdik. Amma hər şey daha da pis ola bilərdi".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığmasının məşqçisi, Demyen Daff "irishmirror.ie" saytına açıqlamasında deyib.

Britaniyalılar seçmə mərhələyə 2021-ci il martın 24-də Serbiyaya qarşı səfər oyunu ilə start verəcəklər. 41 yaşlı mütəxəssis bu rəqibdən çəkinməməli olduqlarını bildirib: "Debüt matçları hər zaman çətin olur. Amma bu, bizi qorxutmamalıdır. Ümid edirəm ki, milliyə dəvət alan futbolçular formada qalmaq üçün klublarında daha çox oyun şansı qazanacaqlar".

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lükemburq yığmaları yer alıb. Həmçinin UEFA hazırlıq məqsədilə mundiala ev sahibliyi edəcək Qətər seçməsini bu qrupa dəvət edib.

Qeyd edək ki, Demyen Daff futbolçu karyerası ərzində "Çelsi" və "Nyukasl" kimi klublarda çıxış edib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir