- Xəbər news
- 22:34 14.11.2024
Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.
Corner.az-ın məlumatına görə, ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisii Karlos Alberto Torres də yer alıb.
Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya millisinin daha 3 üzvü daxil edilib.
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçi: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franki Barezi (İtaliya)
Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)
Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)
Qeyd edək ki, rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.