3 fevral 2026. Çərşənbə axşamı

Futbol tarixinin ən yaxşı 11-liyi açıqlandı - FOTO


Futbol tarixinin ən yaxşı 11-liyi açıqlandı - FOTO

"France Football" nəşri futbol tarixində xəyalların komandasını açıqlayıb.

Corner.az-ın məlumatına görə, ən yaxşı "11-lik"də hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"n hücumçusu Kriştiano Ronaldodur.

Rəmzi heyət 3-4-3 taktiki sxemi üzərində hazırlanıb.

Qapıçı: Lev Yaşin (Rusiya)

Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya)

Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Ronaldo (Braziliya), Kriştiano Ronaldo ("Yuventus", İtaliya)

Qeyd edək ki, xəyalların komandasını "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.









Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO