27 oktyabr 2024. Bazar günü

Golden Boy mükafatının sahibi bilindi


Golden Boy mükafatının sahibi bilindi

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holanda Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatı təqdim edilib.

Corner.az xəbər verir ki, Norveçli hücumçunun bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. "Golden Boy" mükafatı ilə şəklini paylaşan 20 yaşlı futbolçu "Fəxr edirəm" yazıb.

Holandın "Tuttosport"un təsis etdiyi mükafata sahib olması noyabrın 21-də açıqlanmışdı. Namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.

2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 32 matçda 33 qol vurub.







Xəbər news